UEFA Avropa Liqasındakı təmsilçimiz “Qarabağ” bu gün Almaniyada “Bayer”lə qarşılaşacaq.
2 turdan sonra hər iki komandanın hesabında 6 xal var. Oyundan əvvəl ənənəvi mətbuat konfransında baş məşqçilər media nümayəndələri önünə çıxıblar. Qurban Qurbanov rəqibin oyunun dəyərləndiriməklə yanaşı komandasının hazırlığı barıədə də fikirlərini bölüşüb: "Çox ciddi komandaya qarşı oynayacağıq. Ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Biz hər komandaya qarşı fərqli hazırlıq keçirik. Rəqib isə 2-3 sistemdə oynaya bilir. Futbolçular bu cür qarşılaşmalar oynadıqca böyüyürlər".
"Bayer"in çalışdırıcısı Xabi Alonso isə matçın önəmini xüsusi vurğulayıb. O, bu görüşə yaxşı hazırlaşdıqlarını da bildirib: “Qarabağ” yaxşı formalaşmış klubdur. Təcrübəli futbolçuları var. Bu, oyuna daha ciddi hazırlaşmalı olduğumuzu və bizdən diqqətli oynamağı tələəb edir..Əsas məqsəd qələbə qazanmaqdır. Biz sona qədər mübarizə aparmaq və əlimizdən gələni etmək istəyirik. Qələbə ilə qrupdan çıxmaq yolunda mühüm addım ata bilərik”.
Qeyd edək ki, Bayer – Qarabağ matçı bu gün saat 23-də başlanacaq. Horaçii Fesnikin başçılıq etdiyi rumıniyalı hakimlər briqadası idarə edəcək.